• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzaladı

CƏMİYYƏT

04 Fevral 2023 | 15:42

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzaladı

Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.

Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.

Bu Saziş Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.


SON XƏBƏRLƏR