• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - YENİLƏNİB

CƏMİYYƏT

04 Fevral 2023 | 13:54

Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - YENİLƏNİB

Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, hazırda teatrın direktoru vəzifəsini direktor müavini İntiqam Hacılı icra edir.
 

09:50

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.

"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.

İntiqam Hacılı açıqlamasında bildirib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

"Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər". /APA


SON XƏBƏRLƏR