• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

DYP-dən duman müraciəti

CƏMİYYƏT

06 Mart 2023 | 13:47

DYP-dən duman müraciəti

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev  açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır:

“Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026