• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uşaq evindən şikayət edən yeniyetmə məktəbdən çıxdı

CƏMİYYƏT

05 Aprel 2023 | 13:44

Uşaq evindən şikayət edən yeniyetmə məktəbdən çıxdı

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmənin təhsil aldığı məktəb məlum olub.

Bakıvaxtı.az xəbər verir ki o, 29 nömrəli tam orta məktəbdə oxuyub. 

Məktəbdən saytımıza bildirilib ki, şagird 4-cü sinfə qədər fərdi təhsil alıb. Sonra məktəbdən çıxıb.

2021-ci ilin aprel ayından 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Daha sonra şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər.  /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR