• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mərkəzi Nəbatat Bağında diqət çəkən YENİLİK

CƏMİYYƏT

05 May 2023 | 13:36

Mərkəzi Nəbatat Bağında diqət çəkən YENİLİK

"Mərkəzi Nəbatat Bağında amfiteatrın inşası nəzərdə tutulur".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, bağın ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur: "Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Həmçinin, ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq".

Şöbə müdiri söyləyib ki, ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar: “Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR