• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rəisindən şikayət edən keçmiş polis həbs edildi - YENİLƏNİB

CƏMİYYƏT

03 Iyun 2023 | 20:40

Rəisindən şikayət edən keçmiş polis həbs edildi - YENİLƏNİB

Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsində DİN-də cinayət işi başlanılıb. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Keçmiş polis orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir.

 

09:11

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıvaxtı.az-a bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə orqandan xaric edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026