• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Moskvadan Gəncəyə uçuşların sayı artırıldı

CƏMİYYƏT

03 Iyul 2023 | 20:02 | Müəllif: Subhan Mahmudov

Moskvadan Gəncəyə uçuşların sayı artırıldı

Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan ("Vnukovo" beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Utair”in prezidenti Oleq Semyonov bildirib.

Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

Hazırda "Utair" Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026