2023-2024-cü tədris ilində Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təmayül siniflər yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, təmayül siniflərin Naxçıvan şəhər 5, 8, 12 və 14 nömrəli tam orta məktəblər üzrə yaradılması nəzərdə tutulur. Hər məktəbdə 1 sinif olmaqla ümumilikdə 4 sinifdə təmayülləşmə aparılacaq. Naxçıvan şəhər 5 və 8 nömrəli tam orta məktəblərdə “Humanitar”, 12 nömrəli tam orta məktəbdə “Texniki”, 14 nömrəli tam orta məktəbdə isə “Riyaziyyat-iqtisadiyyat” təmayüllü siniflər təşkil ediləcək. Təmayül siniflərdə şagirdlərin say tərkibi 15-20 şagird arasında komplektləşdiriləcək.
















