• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

CƏMİYYƏT

02 Avqust 2023 | 19:19 | Müəllif: Subhan Mahmudov

Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda sərnişindaşıma fəaliyyəti göstərən 125 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Nəsimi rayonunda Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Odur ki, sözügedən xətt üzrə avtobuslar alternativ küçə ilə hərəkət edəcək.

Qeyd olunub ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026