• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Dövlətə xəyanətdə ittiham olunan 2 nəfər HƏBS EDİLDİ

CƏMİYYƏT

03 Iyul 2023 | 19:44 | Müəllif: Subhan Mahmudov

Dövlətə xəyanətdə ittiham olunan 2 nəfər HƏBS EDİLDİ

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR