1991-ci ildən bu yana ölüm nisbətlərində azalmalar var.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə məlumat verən onkoloq, Dos. Dr. Gürbüz Görümlü xərçənglərin əksəriyyətinin qarşısının alına bildiyini deyib. Onun sözlərinə görə, beş sadə həyat tərzi dəyişikliyi ilə riskləri azaltmaq mümkündür: "Bu dəyişiklik üçün çox gec olduğunu söyləməyin. Başladığımız yer bizim üçün qazancdır. Bunu unutmayaq”.
Onkoloqxərçəng riskini azaltmağa yönələn addımları sadalyıb:
- Tütün kimi məlum kanserogenlərdən uzaq durmalıyıq.
- Pəhriz və idmanla çəkimizi idarə etməliyik. Bunu etmək ürək sağlamlığınızı yaxşılaşdıracaq və təzyiqinizi nəzarət altında saxlamağınıza kömək etməklə yanaşı, gələcəkdə xərçəngə tutulma riskinizi də azaldacağını söyləyə bilərik.
- Ömrünüzün sonuna qədər idman edin və sağlam qidalanın. Gündəlik yeməklərinizin təxminən üçdə ikisini meyvə və tərəvəzlə, qalan hissəsini isə balıq və quş əti kimi sağlam zülallarla doldurun. Qırmızı əti həftədə 2 dəfədən çox istehlak etməyin. Pəhrizinizin müxtəlif olduğundan əmin olun. Pəhrizdə tünd yaşıl, qırmızı və narıncı tərəvəzləri, həmçinin lobya və noxud kimi liflə zəngin tərəvəzləri daxil etmək tövsiyə olunur. İşlənmiş qidalardan çəkinin.
- Günəşdən qoruyucu krem çəkin və solaryuma getməyin.
- Danışmaq bəzən narahatedici olsa da, ailə riskinizi bilin. Birinci dərəcəli qohumlar (valideynlər, bacı-qardaşlar və uşaqlar) arasında xərçəng tarixini bilmək xüsusilə vacibdir. Bununla əlaqədar ediləcək sadə bir qan testi ilə xərçəng riskində ola biləcək artıma səbəb olan bəzi genetik pozğunluqlar əvvəlcədən öyrənilə və profilaktik tədbirlər görülə bilər. Ailə xərçəngi üçün skrininqlərə daha erkən başlamaq vacibdir.
Ay Tac















