• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ötən ay 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

CƏMİYYƏT

05 Aprel 2023 | 13:02

Ötən ay 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Mart ayında 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Bakıvaxtı.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR