• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Küçədə videosu yayılan azyaşlı tapıldı

CƏMİYYƏT

05 May 2023 | 11:59

Küçədə videosu yayılan azyaşlı tapıldı

Ötən gün sosial şəbəkələrdə Bakı küçələrinin birində yol kənarında halsız vəziyyətdə görüntüsü yayılan məktəblinin yeri müəyyən olunub. 

Bu barədə Bakıvaxtı.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, 15 yaşlı məktəbli gecə saatlarında tapılıb: “O, dünən gecə saatlarında 21 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. Hazırda müalicə müəssisəsinə yerləşdirilib”.

Qeyd edək ki, qurumdan bildirilmişdi ki, azyaşlı oğlan daha əvvəl dövlət komissiyası tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib, orada müalicə olunub. Müalicəsi bitdikdən sonra xəstəxana tərəfindən valideyninə təhvil verilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026