• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakıda TÜRKPA-nın  iclası keçirildi - YENİLƏNİB

CƏMİYYƏT

06 Mart 2023 | 12:40

Bakıda TÜRKPA-nın iclası keçirildi - YENİLƏNİB

Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib.

Bakıvaxtı.az  xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak ediblər.

İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun layihəsi müzakirə edilib.

Sonda komissiyanın 9-cu iclasının Qazaxıstanda keçirilməsi qərarlaşdırılıb.

 

11:06

Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak edirlər.

İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun layihəsi, komissiyanın 9-cu iclasının yeri, tarixi və gündəliyi ilə yanaşı bir sıra məsələlərin müzakirəsi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR