• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Boşandı, ikinci dəfə ərə getdi, yenidən... - Goranboyda MARAQLI HADİSƏ

CƏMİYYƏT

06 Mart 2023 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

Boşandı, ikinci dəfə ərə getdi, yenidən... - Goranboyda MARAQLI HADİSƏ

Goranboy rayonunda qəribə hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1992-ci il təvəllüdlü M.Quliyeva (şərti) keçmiş əri tərəfindən şantaj edildiyini bildirib. O qeyd edib ki, bir müddət əvvəl ilk həyat yoldaşı, Bakı sakini, 1993-cü il təvəllüdü Q.Məmmədovdan (şərti) boşanaraq ikinci dəfə ailə həyatı qurub. Lakin daha sonra onun birinci əri ilə münasibəti yenidən istiləşib və gizli görüşüblər.

2022-ci ilin fevral-may aylarında isə Q.Məmmədov onu şantaj etməyə başlayıb. Belə ki, həmin şəxs M.Quliyevaya aralarında yaranmış münasibət və görüşləri barədə ikinci həyat yoldaşına və valideynlərinə bildirəcəyini deyərək pul tələb etməyə başlayıb. Boşandığı ərinə həmin müddət ərzində 1500 manat pul verdiyini deyən qadın hədələrdən bezdiyi üçün polisdən kömək istəyib.

Şikayət ərizəsi Goranboy Rayon Polis Şöbəsinə martın 5-i daxil olub.

Araşdırma aparılır/qafqazinfo.az.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026