• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Milli Məcllisdə xüsusi iclas keçirildi - YENİLƏNİB

SİYASƏT

16 May 2023 | 15:07

Milli Məcllisdə xüsusi iclas keçirildi - YENİLƏNİB

“Ümummilli Heydər Əliyev bütün xalqlara və dövlətlərlə ehtiramla yanaşırdı. O, hər zaman Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, hər bir dövlət tərəfdaşları və dostları ilə güclüdür”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.

O bildirib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdı:

“Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.

Sədrin çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

Bununla da Azərbaycan Milli Məclisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan xüsusi iclas başa çatıb.

Qeyd edək ki, xüsusi iclasda müxtəlif ölkələrin parlament sədrləri, sədr müavinləri, habelə beynəlxalq təşkilatların təmsilçiləri çıxış edib.

 

11:04

Milli Məclisin xüsusi iclası başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.

Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026