• Bakı C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Minadan zərərçəkmiş 10 yaşlı Ağdam sakini "Qarabağ" - FCSB matçından öncə hakimlə birgə meydana çıxacaq

İDMAN

23 Yanvar 2025 | 16:00

Minadan zərərçəkmiş 10 yaşlı Ağdam sakini Qarabağ - FCSB matçından öncə hakimlə birgə meydana çıxacaq

Minadan zərərçəkmiş Ağdam rayonunun Əfətli kənd sakini 10 yaşlı Hüseyn Hüseynzadə UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq "Qarabağ" - FCSB oyunundan öncə baş hakimlə birgə meydana çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Futbolun İnkişaf Fondunun (FİF) mətbuat xidməti məlumat yayıb.

Bu FİF və UEFA-nın Uşaq Fondunun birgə əməkdaşlığı çərçivəsində reallaşacaq. Hüseyn 6 yaşındaykən atası ilə birgə minalı əraziyə düşüb. Köməyə gələn ailə üzvləri və atası həlak olub, əmisi isə xəsarət alıb.

Qeyd edək ki, Futbolun İnkişaf Fondunun təşkilatçılığı, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə futbolun təsir gücündən istifadə edərək əhalinin məlumatlandırılması məqsədilə həyata keçirilən “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma” layihəsi çərçivəsində 2022-ci ildən bu günədək Tovuz, Goranboy və Tərtər rayonlarının 8 kəndində tərəfdaşlarla birgə 1300-dən çox uşaq və 400-ə yaxın böyüyə təlim keçirilib.


SON XƏBƏRLƏR