• Bakı C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Bilyard üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

İDMAN

21 Fevral 2025 | 22:12

Bilyard üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

Fevralın 22-24-də Bakıda sərbəst piramida üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, yarış Azərbaycan Bilyard Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.

Ölkənin ən güclü bilyard ustalarını bir araya gətirəcək bu mötəbər yarışda idmançılar çempionluq uğrunda mübarizə aparacaqlar. Turnir həm peşəkar oyunçular, həm də bilyard həvəskarları üçün əsl idman bayramına çevriləcək.

Çempionatın qaydalarına görə, turnir 50-80 top formatında keçiriləcək. İdmançılar sərbəst piramida qaydalarına uyğun olaraq güclərini sınayacaq və ən bacarıqlı oyunçular final mərhələsinə vəsiqə qazanacaq.

Çempionatın qalibi Azərbaycan çempionu titulunu qazanacaq və beynəlxalq arenada ölkəmizi təmsil etmək imkanı əldə edəcək.


SON XƏBƏRLƏR

21 Fevral 2025