• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çingiz İsmayılov vəfat etdi

İDMAN

23 Mart 2025 | 22:10

Çingiz İsmayılov vəfat etdi

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Bunu Bakıvaxtı.az-a  jurnalist, Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev bildirib.

Qeyd edək ki, gələn ay Ç.İsmayılovun 90 yaşı tamam olacaqdı.

    Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

    Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026