• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Moldova Prezidenti İlham Əliyevə zəng edib

SİYASƏT

30 May 2022 | 18:27 | Müəllif: Qalib İbrahimoğlu

Moldova Prezidenti İlham Əliyevə zəng edib

Mayın 30-da Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026