Monteneqro hakimiyyəti Podqoritsada türk hərbçiləri tərəfindən yerli vətəndaşın yaralanmasından sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi qısa zamanda ləğv edəcəyini açıqlayıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə baş nazir Miloyko Spajiç məlumat verib.
"Biz təcili olaraq Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğvinə qərar verəcəyik. Önümüzdəki dövrdə iqtisadi fəallığı və yaxşı ikitərəfli münasibətləri qorumaq üçün Türkiyə Respublikası ilə yaxşı əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq üçün intensiv danışıqlara başlayacağıq", - deyə Spajiç yazıb.
Qeyd edək ki, oktyabrın 26-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib. Hadisədən sonra əraziyə toplaşan yüzlərlə insan mühacir əleyhinə şüarlar səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları digər cinayətlərə görə daha 45 Türkiyə vətəndaşını həbs edib.
Gülşən Şərif
Bakı 


