• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Moskva sərhəd məsələsində vasitəçilik TƏKLİF ETDİ

SİYASƏT

19 May 2021 | 10:07

Moskva sərhəd məsələsində vasitəçilik TƏKLİF ETDİ

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

S.Lavrov bildirib: "Biz dövlət sərhədlərinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026