• Bakı 22° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olundu

CƏMİYYƏT

15 Iyul 2025 | 12:33

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.

Namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.


SON XƏBƏRLƏR