• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nardaranda 4000 abonent qazsız qaldı

CƏMİYYƏT

04 Fevral 2024 | 19:05 | Müəllif: Subhan Mahmudov

Nardaranda 4000 abonent qazsız qaldı

Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.

Bu barədə Bakıvaxtı.az-a Azəriqaz İB-dən bildirilib.

Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026