2023-cü ilin iyul ayı 1880-ci ildən bəri qeydlərin aparıldığı ən isti ay oub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu NASA alimlərinin etdikləri ölçmələrdə əksini tapıb.
Qeyd olunub ki, ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın rekordu üzrə istənilən iyul ayından 0,24 dərəcə Selsi (C), 1951-1980-ci illərin orta iyulundan isə 1,18 dərəcə isti olub.
NASA-nın açıqlamasında Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə isti olduğu bildirilib. NASA bu bölgələrdə orta hesabla, təxminən, 4 dərəcə yüksək temperatur artımlarının olduğunu qeyd edib.
Temperaturda rekord qıran 2023-cü ilin iyulunda məlum olub ki, son dörd onillikdə xüsusilə özünü büruzə verən uzunmüddətli insan səbəbli istiləşmə tendensiyası davam edir. NASA-nın on minlərlə metrologiya stansiyasından əldə edilən səth hava istiliyinə dair məlumatlara görə, 1880-ci ildən bəri ən isti beş iyul ayının son beş ildə yaşandığı vurğulanıb.
Ay Tac

















