• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna ordusu daha bir rayonu aldı

DÜNYA

14 Sentyabr 2023 | 17:21 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna ordusu daha bir rayonu aldı

Ukrayna hərbçiləri Baxmutun cənub cinahında yerləşən Andreevka rayonuna daxil olub və yeni mövqelərdə möhkəmlənirlər.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, indi müdafiə qüvvələri Baxmut istiqamətində irəliləyir.

Nazir müavini deyib ki, ruslar şimal cinahda itirilmiş mövqeləri geri almağa çalışsa da, Ukrayna ordusu uğurla irəliləyir.

Malyar əsas döyüşlərin Andreevka, Kurdyumovka və Klişçievka ərazilərində davam etdiyini deyib.

"Orada yaxşı xəbərimiz var. Andreevka bizimdir. Biz mövqelərimizi möhkəmləndiririk", - deyə Anna Malyar vurğulayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026