• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

23 ildir eyni paltarı geyinirlər

DÜNYA

14 Sentyabr 2023 | 17:48

23 ildir eyni paltarı geyinirlər

İngiltərəli 69 yaşlı Rose Rosey Kouls və Keti Heffernan demək olar, hər günü birlikdə keçirir, eyni avtobusa minərək ticarət mərkəzinə gedir, hətta 23 ildir eyni paltarı geyinirlər.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə,  iki uşaq anası olan Kouls müsahibəsində bildirib ki, çölə çıxanda eyni paltar geyinirlər. Tətilə gedəndə də çamadanlarını eyni paltarla dolduran əkizlər ömürlərinin qalan hissəsini bu şəkildə keçirməyi planlaşdırırlar.

Heffernan deyir ki, onlar heç vaxt mübahisə etməyiblər. Eynəkləri, saç düzümlərindən tutmuş pijamalarına qədər hər eyni olan əkizlərin həyat tərzi ətrafdakıların diqqətini çəkir.

Bacılar kiçik olanda tez-tez eyni paltarı geyinirmişlər. Lakin 70-ci illərdə evləndikdən sonra bu vərdiş bitib.

2000-ci ildə hər ikisi həyat yoldaşından ayrılıb. Boşandıqdan sonra bir-birlərinə yaxınlaşmaq fürsəti tapdıqları üçün eyni paltardan istifadə etməyə başlayıblar.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026