"Koi Pla" adlanan yeməyə görə, il ərzində 20 min insan dünyasını dəyişib.
Bakıvaxtı.azxarici mediaya istinadla xəbər verir ki, hadisə Taylandda qeydə alınıb. Belə ki, insanların ölümünə səbəb olduğu düşünülən bu yemək çiy balıq, göyərti, ədviyyatlar və limon suyundan ibarətdir.
Verilən məlumatlara əsasən, balığın içərisində olan mikrob və parazitlər insanlarda xərçəng xəstəliyinə gətirib çıxarır.
Taylandda yaşayan həkim Narong Khuntikeo valideynlərini itirdikdən sonra bu yeməyi daha az insanın yeməsi üçün çalışır.
Həkim iddia edib ki, valideynləri bu yeməyi yedikdən sonra qaraciyər xərçəngindən vəfat edib.
İnsanlar arasında "səssiz qatil" adı verilən bu yemek Qaraciyər cərrahı Xuntikeonun sözlərinə görə, ağacdan düşən yarpaqlar kimi səssizcə öldürür.
Xəyalə Rza

















