İsraillə HƏMAS arasında müharibə 8-ci günündə davam edir.
Bakıvaxtı.az xəbər verir ki, İsrail son dəqiqə bəyanatında mülki şəxslərin saat 16:00-a qədər keçidinə icazə veriləcəyini və 6 saat ərzində icazə verilən yollara hücumların olmayacağını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində qarşıdurmaların davam etdiyi öyrənilərkən, İsrail son dəqiqə bəyanatında mülki şəxslərin saat 16:00-a qədər keçidinə icazə veriləcəyini və 6 saat ərzində icazə verilən yollara hücumların olmayacağını açıqlayıb.
İsrail ordusu şimaldakı Beyt Hanundan cənubdakı Xan Yunisə Əl-Bəhr və Salahəddin yolları ilə getməyin mümkün olduğunu açıqlayıb. Ordu bu yolların tam təhlükəsiz olacağını vurğulayaraq, “Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, göstərişlərə əməl edin və cənuba doğru gedin” deyib.
İbRa
















