Yaponiyada yalnız erkək tırtılları öldürən virus aşkar edilib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, virusun erkək tırtılları öldürmək üçün təkamül etdiyi müəyyən edilib. Tədqiqatçı Misato Terao universitet terrasında tırtılların bitkiləri fərqli şəkildə gəmirdiyini görüb və bu tırtılları həşərat mütəxəssisi Yoşinori Şintaniyə aparıb. Şintani tırtılların dişi olduğunu görüb. Dişi tırtılları erkək tırtıllarla cütləşdirən Şintani, 13 nəsildən sonra belə bu tırtılların əksəriyyətinin dişi olduğunu və yalnız 3 erkək tırtılın sağ qaldığını müəyyən edib.
Şintani, beləliklə "insan qatili" virusunu kəşf edib.
Britaniyalı mütəxəssis bu virus sayəsində zərərli həşəratların sayının azalacağını düşünür.
Murad Məmmədli
















