• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

2 diplomat “persona non grata” elan edildi - Ölkədən çıxarılır

DÜNYA

14 Sentyabr 2023 | 17:25

2 diplomat “persona non grata” elan edildi - Ölkədən çıxarılır

Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir. 

Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər. 

“ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, ABŞ-nin ölkədəki səfiri Linn Treysi məsələ ilə bağlı Rusiya XİN-ə çağırılıb və etiraz notası verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026