"Kılıcdaroğlunun seçkilərə çox az qalmış Azərbaycanı kənarda göstərən yola bağlı açıqlaması məhz o “damara” pis təsir etdi, səs itirməsinə səbəb oldu. Demirəm ki, o açıqlama olmasa qalib olacaqdı, yox, amma Ərdoğanla səs fərqi 5% yox, 3,5% ola bilərdi".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə seçicilərinin ümumiləşdirilmiş təxmini “ideoloji xəritəsi” belədir:
1. Sol, sosial-demokrat, liberal 30-35%
2. Millətçi-sekulyar, 30-35%,
3 Mühafizəkar, dindar 30-35%. Təbii ki, ciddi nüanslar da var, amma çox ümumiləşdirilmiş mənzərə, təxminən, belədir. Və ən maraqlı məsələ odur ki, bu dəngə Türkiyənin ayaqda qalması, aşırı “uclara” yuvarlanmaması üçün maraqlı siyasi konfiqurasiyadır.
"Bu mənzərə onu deməyə əsas verir ki, Türkiyədə hakimiyyətə “sol” gələ bilməsə də, hakimiyyətin sivil-sekulyar cizgidə qalması üçün əsas da yaradır. Sekulyar-millətçilər təkbaşına hakimiyyətə gələ bilmir, amma “millət-ümmət” diskursu dindarlara milli təəssübkeşliyin önünə keçməsinə imkan vermir. Sırf dini və muhafizəkar platforma da təkbaşına hakimiyyətə gələ bilmir, amma onlar da etnik millətçiliyə dəngə yaratmaq üçün mühim vasitəyə çevrilir. Adi riyazi hesablamalar göstərir ki, Türkiyədə hakimiyyətə gəlmək üçün mütləq “millətçi damar” olmalıdır, çünki hər 3 kəsimdə az, ya da çox, o “damar” var. Amma o “damarın”, üzərinə də bir az mühafizəkarlıq, bir az da sekulyarlıq qoyanda qalibiyyət üçün əsas yaradır".
Aytac Aslan













jpg-1686807032.webp)

