• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Nazirliyin tenderi baş tutmadı 

CƏMİYYƏT

28 Mart 2023 | 17:17

Nazirliyin tenderi baş tutmadı 

Kənd Təsərrüfatı Nazirliyinin “Nazirliyin inzibati binasında fasadın təmizlənməsi xidmətləri”nin satın alınması ilə bağlı elan etdiyi tenderi bu gün ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar verib.

Tenderin ləğv edilmə səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinin pozulması ilə bağlıdır.

Sözügedən maddədə bildirilir ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

İbRa


SON XƏBƏRLƏR

18 Mart 2024