• Bakı 13° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Nigeriyada terrorçuların qaçırdığı 100 məktəbli azad edildi

DÜNYA

08 Dekabr 2025 | 09:14

Nigeriyada terrorçuların qaçırdığı 100 məktəbli azad edildi

Nigeriya federal hökuməti Niger əyalətində terrorçular tərəfindən qaçırılan 100 məktəblinin azad edilməsini təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 20-dən 21-nə keçən gecə Papiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkar dəstə tərəfindən girov götürülərək naməlum istiqamətə aparılmışdı.

Onlardan 50 nəfəri sonradan qaçmağı bacarıb. Hazırda 153 tələbə və 12 müəllim quldurların əlində qalmaqdadır.

Son vaxtlar terrorçu qruplar bölgədə bir neçə məktəbə hücum ediblər. Noyabrın 25-də hakimiyyət orqanları noyabrın 17-də Kebbi əyalətinin Maqa qəsəbəsindəki hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azad olunmasına nail olub.

Məktəblərə hücumların artması səbəbindən Nigeriya Prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da təhlükəsizlik məqsədilə məktəblər bağlanıb, bölgələrə əlavə hərbi və polis qüvvələri yerləşdirilib.


SON XƏBƏRLƏR

07 Dekabr 2025