• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirib

DÜNYA

07 Yanvar 2026 | 08:35 | Müəllif: Əli Hüseynov

Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının qüvvələrinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyi "X" hesabında məlumat yayıb.

Məlumata görə, koalisiya düşərgələri tərk edən silahlı qrupların hərəkətini izləyib və onları Əd-Dali əyalətindəki Əl-Zand düşərgəsi yaxınlığında yerləşən binada aşkar edib. Bundan sonra məhdud və qabaqlayıcı zərbələr endirilib.

    Koalisiya qüvvələrinin sözçüsü, general-mayor Turki əl-Maliki bildirib ki, zərbələrin məqsədi separatçı qüvvələrin fəaliyyətini pozmaq və Cənub Keçid Şurasının sədri Aydarus əz-Zübeydinin münaqişəni yenidən gərginləşdirmək cəhdinin qarşısını almaq olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026