• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Od çərşənbəsində 88 min ağac əkildi

CƏMİYYƏT

05 Mart 2024 | 22:13 | Müəllif: Subhan Mahmudov

Od çərşənbəsində 88 min ağac əkildi

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində meşə fondu torpaqlarında bir gündə 88015 müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Bakıvaxtı.az-a bildirib ki, bu gün Ağcabədi, İmişli, Beyləqan, Yevlax, Qəbələ, İsmayıllı, Qax, Balakən, Göygöl, Goranboy, Ağstafa, Sabirabad, Kürdəmir, Şabran, Quba, Yardımlı və Lerik rayonlarının meşə fondu ərazilərində ağacəkmə tədbirləri keçirilib.

Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.

Xidmət rəisinin sözlərinə görə, meşəbərpa və ağacəkmə tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026