• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Onların əməlləri ifşa edilib” - Baş prokuror

CƏMİYYƏT

20 Fevral 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

“Onların əməlləri ifşa edilib” - Baş prokuror

"Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində bu yaxınlarda Fransa və Çexiya vətəndaşları casusluğa görə tutulublar".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

Kamran Əliyev bildirib ki, həmin işlər üzrə ciddi istintaq gedir. Onların əməlləri ifşa edilib. Kifayət qədər faktlar var:

"Ötən gün Prezident İlham Əliyev çıxışında dedi ki, Azərbaycan hazırda təhlükəsiz bir adadır. Amma ona kənardan müdaxilə cəhdləri var. Həmin cəhdlərdir ki, bu cinayət işlərində özünü göstərir. Prezidentin dediyi kimi həm fiziki, həm ideoloji baxımdan biz öz cəmiyyətimizi qorumalıyıq"./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026