• Bakı 16° C

    2.11 m/s

Ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət aldı

CƏMİYYƏT

04 Noyabr 2023 | 09:45

Ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət aldı

Oğuzda ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026