• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Daha bir rayonda qızılcaya ilk yoluxma qeydə alındı

CƏMİYYƏT

03 Dekabr 2023 | 22:59 | Müəllif: Subhan Mahmudov

Daha bir rayonda qızılcaya ilk yoluxma qeydə alındı

Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

Bakıvaxtı.az bildirir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.

S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.

Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR