• Bakı 17° C

    2.31 m/s

Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb

DÜNYA

19 Avqust 2025 | 15:40

Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb

Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.

Bakıvaxtı.az “Dawn” portalına istinadən xəbər verir ki, bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub. Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.

"Proqnozlara görə, yağışlar avqustun 21-dək davam edəcək", - idarənin rəsmi nümayəndəsi Ənvər Şahzad bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026