• Bakı 17° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

SİYASƏT

08 Noyabr 2025 | 14:19

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır:

"Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir".


SON XƏBƏRLƏR