Papa XIV Leo Venesueladakı hadisələri narahatlıqla izlədiyini bildirib və onun suverenliyinin qorunmasına və qanunun aliliyinə hörmətlə yanaşmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Papa bu barədə ənənəvi bazar günü moizəsindən sonra danışıb:
"Qoy ölkənin suverenliyi təmin edilsin və konstitusiyada təsbit olunmuş qanunun aliliyi hər kəsin insan və vətəndaş hüquqlarına hörmətlə təmin edilsin".
O, əməkdaşlıq, sabitlik və harmoniya ilə dolu dinc bir gələcək qurmaq üçün birgə işə çağırış edib.
Bakı 




