• Bakı 15° C

    1.74 m/s

Partlayış ərazisində dağıntılar altından 1 nəfərin meyiti çıxarıldı - FHN

HADİSƏ

03 Aprel 2022 | 06:40 | Müəllif: Qalib İbrahimoğlu

Partlayış ərazisində dağıntılar altından 1 nəfərin meyiti çıxarıldı - FHN

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026