• Bakı 16° C

    2.11 m/s

Qubada ata oğlunu öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

HADİSƏ

02 May 2022 | 21:45 | Müəllif: Subhan Mahmudov

Qubada ata oğlunu öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Bu gün Qubada 65 yaşlı kişinin oğlunu qətlə yetirməsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 35 yaşlı oğlu Sərraf Vahabovu ürək nahiyəsindən bıçaqlayaraq öldürən Nüsrət Vahabov hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Belə ki, səhər saatlarında N.Vahabov oğluna yaşadığı Qarabağ küçəsindəki evin həyətindəki bəzi işləri görməsini tapşırıb. Lakin Sərraf atasının dediyi işləri görməyib.

Nəticədə, axşam saat 19 radələrində ata ilə oğlu arasında münaqişə baş verib. Sərxoş halda olan N.Vahabov bıçaqla oğlunun döş qəfəsinə 1 zərbə endirib və ürəyindən ölümcül xəsarət alan Sərraf hadisə yerində vəfat edib.

Bildirilir ki, ailədə Sərraf Vahabovun davranışları ilə bağlı mübahisələr tez-tez baş verirmiş.

Araşdırmalar davam etdirilir.

***

21:04

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026