• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

HADİSƏ

01 Iyun 2022 | 13:09 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

*** 13:01

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib. Onun özünü silahla başından vurduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026