• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüblər?

HADİSƏ

01 Iyun 2022 | 17:38

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüblər?

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i, səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

“Daha sonra 17 yaşlı gənc orada bir neçə polis tərəfindən döyülüb”.

Tələbə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR