• Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Oğuzda qumbara tapıldı

HADİSƏ

02 May 2022 | 12:21

Oğuzda qumbara tapıldı

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı-a bildiriblər ki, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR