• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Evlərdən 17 min manatlıq qızıl oğurlandı

HADİSƏ

02 May 2022 | 13:50

Evlərdən 17 min manatlıq qızıl oğurlandı

Ağcabədi rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026