• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yataqxanada yanğın oldu

HADİSƏ

01 Iyun 2022 | 11:27

Yataqxanada yanğın oldu

Beyləqanda yataqxanada yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində sahəsi 12 m² olan otağın yanar konstruksiyaları, içərisində 1 ədəd paltaryuyan maşın və xariçi divarına quraşdırılan 1 ədəd elektrik sayğacı, ikinci mərtəbəsində taxta konstruksiyadan ibarət aynabənd 3 m² sahədə və qismən binanın dam örtüyünün taxta atmaları 12 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026