• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Paşinyan: Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur

DÜNYA

27 Oktyabr 2025 | 11:23

Paşinyan: Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur

Ermənistan ordusunun fəaliyyət sahəsi yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi ilə məhdudlaşır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı deyib.

    Baş nazirin sözlərinə görə, hökumət “döyüş qabiliyyətli ordu” anlayışını “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəz etməyi vacib sayır.

    “Bizim üçün çox önəmlidir ki, gündəlik işgüzar dialoqlarda ‘döyüş qabiliyyətli ordu’ ifadəsini ‘müdafiə qabiliyyətli ordu’ anlayışı ilə əvəz edək. Çünki ‘döyüş qabiliyyətli ordu’ dedikdə, döyüşün harada baş verəcəyi dəqiq göstərilmir. Biz isə vurğulamaq istəyirik ki, Ermənistan ordusu yalnız ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlməlidir”, — Paşinyan bildirib.


    SON XƏBƏRLƏR